
Bu gün Bakıda fəaliyyət göstərən ən böyük tibb müəssisəsi olan 1 saylı şəhər xəstəxanası – Kliniki Tibbi Mərkəzdə işıqlar sönüb.
Saat 10:30-dan xəstəxanaya elektrik verilişi dayandırılıb.Bildirilib ki, xəstəxanada generator yoxdur və buna görə də elektrik verilişini bərpa etmək mümkün deyil.
Elektrikin kəsilməsi səbəbindən xəstəxananın istilik sistemində də problem yaranıb.