Bakını dünyaya tanıdan qəsəbə turizm cənnətinə çevrilir – VİDEOREPORTAJ

0
990

Nefti ilə Azərbaycanı dünyaya tanıdan, yaxın zamanlara qədər isə baxımsız vəziyyətdə olan Balaxanıdan yolunuz düşsə, bəlkə də, gözlərinizə inanmayacaqsınız.

Qəsəbə küçələrində həyata keçirilən təmir işlərindən sonra Səfəvilər, Sabir və Dirçəliş küçələri dünyanın məşhur turizm ərazilərinə bənzədilib.

Tarixi qəsəbəyə rəng qatmaq üçün qapı pəncərələr al-əlvan rənglərə boyanır, dalanlara qənbər daşlar döşənir, yolların səkiləri bərpa olunur, əsrlik yaşı olan binaların fasadları yenilənir. Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və “Bakı Abadlıq Xidməti” birgə əməkdaşlıq edəcək.

Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, müxtəlif suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı sahələri üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil olunacaq.