Bakıdakı “Rus evi”nin taleyi necə olacaq? – Moskva deyir ki…

0
18

Rusiya və Azərbaycan Bakıda “Rus Evi”nin statusunun həlli ilə bağlı işləri davam etdirir.

Bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “TASS”-a açıqlamasında deyib.

Primakov bildirib ki, səfirlik (Rusiyanın Azərbaycandakı səfirliyi) və Xarici İşlər Nazirliyi (Azərbaycan) arasında təmaslar davam edir.

“Bu, peşəkar hüquqşünaslar və xarici siyasətlə məşğul olan şəxslərin işidir. Bizim belə bir təcrübəmiz yoxdur. Hüquqi statusun həlli ilə bağlı müzakirələr aparılır. Hesab edirik ki, məsələni hamını qane edəcək şəkildə həll etmək lazımdır”, – o bildirib.