Bakıda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü – FOTO

0
311
Bakıda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü - FOTO

“Əməkdar mühəndis”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin eks-müşaviri, Yeni Azərbaycan Partiyasının “Meliorator” ilk təşkilatının sədri Akif Mustafayev vəfat edib.

Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov məlumat verib. O bildirib ki, A. Mustafayev koronavirusdan dünyasını dəyişib.

D. Şərifov qeyd edib ki, Akif Mustafayev 1 ildir ki, müşavir vəzifəsindən çıxıbmış: “O, öz ərizəsiylə işdən ayrılmışdı. Son 3 aydır ki, koronavirusdan əziyyət çəkirdi. Süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi”.

Qeyd edək ki, 67 yaşlı A. Mustafayev uzun illər kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb.