Bakıda yolayrıcında qəza: Taksi motosikletlə belə toqquşdu – ANBAAN VİDEO

0
460

 Hadisə Füzuli küçəsi ilə Bülbül prospektinin kəsişməsində baş verib.

İşıqforun qırmızı işığının son saniyələrində Füzuli küçəsi ilə hərəkətdə olan motosiklet sürücüsü sarı tora daxil olub. Bu zaman Bülbül prospekti ilə hərəkət edən taksi sürücüsü də eyni qayda ilə son saniyələrdə yolayrıcına girib. Nəticədə, taksi motosikleti vurub.

Hadisə nəticəsində ilkin olaraq motosiklet sürücüsünün qoruyucu geyimi olduğu üçün ağır xəsarət almadığı görünüb. Taksi isə zərbənin gücündən idarəetməni itirərək, yeraltı keçidin yan divarına çırpılıb.