Bakıda yol çökdü: Araşdırma aparılır – YENİLƏNİB

0
355

Paytaxtın Yasamal rayonu Ümid Əkbərov 38 ünvanında yolun bir hissəsində baş verən sürüşmə zamanı qaz xəttində sızma qeydə alınmayıb. 

Bu barədə  açıqlamasında “Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib. 

O bildirib ki, hadisə yerinə qurumun əməkdaşları tərəfindən baxış keçirilib:

“Sürüşmə qeydə alınan ərazidə qaz xəttinin dayağı zədələnib. Zədələnmiş dayağın bərkidilməsi istiqamətində zəruri tədbirlər görülür. Qaz xəttində isə hər hansı zədələnmə və sızma qeydə alınmayıb”.

12:33

Paytaxtın Yasamal rayonu ərazisində yolun bir hissəsi çöküb.

Söhbət rayonun Ümid Əkbərov 38 ünvanından gedir. 

Qeyd olunan ünvanda yolda baş verən sürüşmə nəticəsində ərazidən keçən qaz xəttinə və yüksək gərginlikli yeraltı elektrik xəttinə də ziyan dəyib.

Baş verən hadisənin səbəbini öyrənmək məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən əraziyə baxış keçirilib:

“Məlumatımız var. Məsələ araşdırılır və yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.