Bakıda yeni tikilən metro stansiyası ilə bağlı AÇIQLAMA

0
129

“Yeni stansiyanın tikintisi ilə bağlı işlər öz axarı ilə gedir. Dördüncü səviyyədə işlər davam edir. Tunellərdə də infrastrukturun qurulması ilə bağlı işlər aparılır”.

Bu sözləri  açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi əlavə edib ki, şərti adı “B-4” olan stansiyanın 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb:

“Əgər inşaat işləri öz planı ilə getsə və qeyri-adi heç nə baş verməsə, təhvil verilmə prosesində problem olmayacaq”.