Bakıda yağıntılara görə yaranmış vəziyyətlə bağlı AÇIQLAMA

0
398

Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin müxtəlif yerlərində su yığıntılarının müşahidə olunması məsələsinə münasibət bildirib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, noyabrın 16-da, səhər saatlarından Abşeron yarımadasına yağan yağıntılar ASC-nin mövcud kanalizasiya infrastrukturu, toplayıcı, daşıyıcı su xətləri fasiləsiz olaraq, pik rejimdə işləyib:

“Eyni zamanda, qurumun müvafiq strukturları da gücləndirilmiş iş rejiminə keçib. İntensiv yağıntılar daha çox Nizami rayonunun – Babək prospektinin bəzi ərazilərində, Xətai rayonunun – Nobel prospektinin bəzi hissələrində, Sabunçu rayonunun Bakıxanov, Qaraçuxur qəsəbəsində və Suraxanı rayonlarında, eləcə də, Xırdalan şəhərində bəzi yollarda su yığıntıları müşahidə olunub.

Yağıntının intensivliyi nəticəsində relyefi hündür olan ərazilərdə toplanan suların çökək ərazilərə axıb toplanması baş verib və mövcud sistemlərin gücü böyük həcmdə suyu eyni anda daşımağa imkan verməyib”.

“Balansımızda olan yağış barmaqlıqları, kollektorlar tam işlək vəziyyətdə olub və səth sularının əksəriyyəti daşıyıb. Yağışın intensivliyi azaldıqdan sonra yollarda olan sular tam çəkilib”, – deyə o qeyd edib.