Bakıda Xorvatiyanın səfirliyi açılıb

0
577

Bakıda Xorvatiyanın Azərbaycandakı səfirliyi açılıb.

Açılış mərasimində iştirak edən Xorvatiya Baş Nazirinin müavini və Xarici və Avropa İşləri naziri Mariya Peyçinoviç Buriç və Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov rəmzi lenti kəsiblər.

Bununla yanaşı, təntənəli mərasimdə Xorvatiyanın Xarici və Avropa İşləri nazirinin siyasət işləri üzrə müavini Viçe Skraçiç və iqtisadiyyat işləri üzrə müavini İvano Jivkoviç də iştirak ediblər.