Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayışın əsas səbəbi bilindi

0
619

Bakı şəhəri Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, 16 dekabr 2019-cu ildə, saat 10:15 radələrində Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayış baş verib.

Mərkəzin binasında qaz xətti olmadığına və qazdan istifadə edilmədiyinə görə, ilkin olaraq hadisənin yeraltı qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə nəticəsində mərkəzin direktor müavini Nərgiz Ələmova xəsarət alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Ambulator müayinə və ilkin tibbi yardım göstərildikdən sonra N.Ələmova evə buraxılıb. Şagirdlərdən xəsarət olan yoxdur.

Hadisə ilə əlaqədar mərkəz rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər aidiyyəti qurumlara məlumat verilib.

Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən aparılan araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.