Bakıda uşaq poliklinikasında tüstülənmə

0
500

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən uşaq poliklinikasında yanğın olduğuna dair məlumat yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, onlara yanğınla bağlı heç bir məlumat daxil olmayıb.

FHN-dən verilən məlumata görə isə sözügedən uşaq poliklinikasında yüngül tüstülənmə qeydə alınıb. Hadisə ilə bağlı müvafiq təhlükəsizlik tədbirləri görülüb.