Bakıda ucuz evlərin qiymətinin neçə manatdan başladığı AÇIQLANDI

0
271

Bakı şəhərində fərdi yaşayış və bağ evlərinin orta qiyməti açıqlanıb.

Oxu.Az-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata görə, oktyabr ayında paytaxtda fərdi və bağ evlərin kvadratmetrinə görə orta qiyməti 913 manat olub.

Bu, əvvəlki (sentyabr) ayı ilə müqayisədə 5,8 faiz az, 2020-ci ilin oktyabr ayı ilə (illik) müqayisədə isə 9,3 faiz çoxdur.

Bakıda lüks evlərin kvadratmetrinə görə qiyməti 3 351 manat olub. Bu evlərin qiyməti aylıq müqayisədə 11,5 faiz, illik müqayisədə isə 7,6 faiz artıb.

Orta dəyərdə olan evlərin kvadratmetrinə görə qiyməti isə 705 manat olub. Onların qiyməti aylıq müqayisədə 28,1 faiz az, illik müqayisədə 2,5 faiz artıb.

Aşağı dəyərdə olan evlərin kvadratmetrinə görə qiyməti 307 manat olub. Qiymətlərdə aylıq müqayisədə 1,6 faiz azalma, illik müqayisədə isə 5,1 faiz artım müşahidə edilib.