Bakıda ölüm hadisəsi baş verib.
Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1990-cı il təvəllüdlü Hacıyev Vüqar İlqar oğlu gecə saatlarında yaşadığı ünvanda vəfat edib.
V.Hacıyevin meyitinin müayinəsi zamanı onun zəhərlənmədən öldüyü məlum olub.
Yaxınlarının dediklərinə görə, V.Hacıyev dünən toyda olub və orada zəhərləndiyini istisna etmirlər.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.