Bakıda torpaq sahələri ucuzlaşıb

0
298

Bakıda torpaq sahələrinin qiyməti azalıb. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən rəqəmlərə əsasən verdiyi məlumata görə, oktyabr ayı üzrə paytaxtda torpaq sahələrinin bir sotu üçün orta qiymət 18 878 manat olub.

Mövcud qiymət əvvəlki ay ilə (sentyabr) müqayisədə 9,2 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 12,3 faiz azdır. Bu isə torpaq bazarında ümumi qiymətlərin azaldığını göstərir. 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə torpaq sahələrinin bir sotu üçün orta qiyməti 21 536 manatı təşkil edib. 2021-ci ilin sentyabr ayında isə bu qiymət 20 800 manat olub.