Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən daxil olan məlumatda sıxlıq olan ərazilərin siyahısı təqdim olunub:
1. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;
2. Babək prospekti – Mərkəz istiqamətində sıxlıq;
3. Ziya Bünyadov prospekti – “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;
4. Yusif Səfərov küçəsi – Hər iki istiqamətində sıxlıq;
5. Heydər Əliyev prospekti – Əsas yol NİİM-in qarşısına kimi və kənar yol Bağırov körpüsündən sonra mərkəz istiqamətində sıxlıq;
6. Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçəsi – “Azneft dairəsi” istiqaməti sıxlıq;
7. 28 may və Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi istiqaməti sıxlıq
8. Rəşid Behbudov küçəsi- Mərkəzi bank qarşısına kimi sıxlıq;
9. Afiyəddin Cəlilov küçəsi – Cavanşir körpüsü istiqaməti sıxlıq;
10. Alı Mustafayev küçəsi – “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq.