Bakıda taksilərin sayı 20 minə qədər azaldılacaq

0
178

“Bakıya 20 min taksi kifayət etməlidir. Taksi sayı cüzi dəyişiklərlə yaydan bəri 67 mindən 60 minə azaldılıb”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Eyni anda bu, 40 minə yaxın sürücünün işsiz qalması demək deyil. İlk növbədə ictimai nəqliyyatda, yük daşımalarında ciddi sürücü ehtiyacı var. İkili işlərdə çalışanları da qeyd etmək lazımdır. Buna görə çox gözləməyəcəyik. Qaydalar qəbul edildikdən sonra nəticələri dərhal görməyə başlayacağıq”, – deyə nazir müavini bildirib.