Bakıda su xətti partladı, yol çökdü

0
404

Bakının Səbail rayonu ərazisindən keçən su xətti partlayıb. Hadisə nəticəsində yol çöküb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı  açıqlamasında bildirib ki, ərazidən keçən su xəttində problem olub:

“Hadisə Səbail rayonunda – Elçin Əzizov küçəsində qeydə alınıb. “Jurnalistlər binası”nın yaxınlığındakı ərazidə su xəttində sızma baş verib. Nəticədə, yolun kiçik hissəsində çökmə müşahidə edilib.

Hazırda “Azərsu”nun ərazi üzrə briqadası əraziyə cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Təxminən bir saat ərzində Elçin Əzizov küçəsinin içməli su ilə təminatı bərpa ediləcək”.