Bakıda siqaret yandırmaq istəyən şəxs kül oldu – TƏFƏRRÜAT

0
393

Bakının Binəqədi rayonunda aprelin 27-də “DSK yolu” adlanan ərazidə yandırılmış meyiti tapılan kişinin şəxsiyyəti müəyyənləşdirilib.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Həmin şəxs son illər “bomj” həyatı sürən 1957-ci il təvəllüdlü Bərdə rayon sakini Həsənov Akif Cəlil oğludur.

Qeyd edək ki, bundan əvvəl onun ağır cinayətin qurbanı olması barədə məlumatlar yayılmışdı. Ancaq bu ifadələrin doğru olmadığı müəyyənləşib.

Kriminalistlər hadisə yerindən bir ədəd “Argo” siqaret kötüyü, kibrit və spirt şüşəsi tapıblar.

İlkin araşdırma zamanı məlum olub ki, A.Həsənovun cəsədi bu ərazidə yaşayan bir uşaq tərəfindən aşkar edilib.

Onun burada qaldığını üstündə oturduğu karton parçaları da sübut edir.

Ərazidə tapılan şüşələrin içində isə texniki spirt olub.

İlkin ehtimallara görə, hadisədən əvvəl Ə.Həsənov həddindən artıq spirtli içki qəbul edib. Bundan sonra o, siqaret yandırıb və nəticədə, hadisə baş verib.