Bakıda salınan yerüstü keçid “Formula-1”dən sonra da fəaliyyət göstərəcək

0
203

Hər il olduğu kimi, bu il də “Formula-1” Azərbaycan Qran-prisi müddətində (10-12 iyun) piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq.

Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən istifadə edə biləcəklər.

Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınan keçid isə daimi olaraq quraşdırılıb. Hazırda orada tamamlama işləri aparılır.