Bakıda qida məhsullarının istehsalı artdı

0
575

 

Bakıda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 624,5 milyon manat dəyərində məhsul istehsal edilib.

Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 89,2 faiz qeydə alınıb. İçki istehsalında da artım olub və bu 52,5 faiz təşkil edib. Qida məhsullarının istehsalında isə 20,4 faiz artım müşahidə olunub.

Qeyd edək ki, başqa qida məhsullarının istehsalında da artan dinamika olub. Belə ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından pendir və kəsmik məmulatları istehsalı 2,4 dəfə artıb.

Bundan başqa, şirin peçenye istehsalı 2,5 dəfə, kolbasa məmulatları istehsalı 35,3 faiz, insanın qidalanması üçün yararlı olan duz istehsalı isə 18,7 faiz artıb.