Bakıda polisləri kədərləndirən oğurluq…

0
589

Bakıda aptekdə soyğun kimi qiymətləndirilən hadisə qeydə alınıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, aprelin 26-da, saat 13:00 radələrində naməlum şəxs Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən aptekə girib. O, 1995-ci il təvəllüdlü satıcı Firuzə Ramazanovanı fiziki zorakılıqla hədələyərək, aptekdən 106 manat dəyərində uşaq qidası aparıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. İndiyə qədər şübhəli şəxsin kimliyi müəyyənləşdirilməyib.
Polis bu soyğunun qəzəbdən çox, təəssüf hissi doğurduğunu deyib.