Ötən gün axşam saatlarında polis əməkdaşlarının köməyilə hamilə qadın xəstəxanaya yerləşdirilib.
Hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Vətəndaş axşam saat 23:30 radələrində Xəzər Rayon Polis İdarəsinin (RPİ) ərazidə xidmət aparan əməkdaşlarına yaxınlaşaraq, 1985-ci il təvəllüdlü həyat yoldaşının vəziyyətinin pisləşdiyi barədə məlumat verib.
Polis əməkdaşları dərhal xidməti avtomobilləri ilə həmin vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzə (Ginekologiya şöbəsi) çatdırıblar.
Həmin görüntüləri təqdim edirik: