Bakı şəhərində polis əməkdaşı nişanlısını öldürüb intihar etdi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib.
O daha sonra intihar edib.
Faktla bağlı araşdırmalar aparılır.