Bakıda pnevmoniyadan ölən altı yaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA

0
375

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” martın 26-da, saat 12:30-da Bakının Yasamal rayonunda, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2014-cü il təvəllüdlü Fərhad Əliyevin vəfat etməsi məsələsinə münasibət bildirib.
TƏBİB-in Mətbuat Katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, ölüm səbəbinin tam dəqiqləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəyini gözləmək lazımdır:
“Uşaq xəstəxanaya çatdırılan zaman vəfat edib. Kəskin qarın simptomu diaqnozu ilə xəstəxanaya daxil olub”.