Bakıda parkın içində tikilən obyekt söküldü – VİDEO

0
608

Bakının Nizami rayonu ərazisində IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətin içərisində inşa edilən obyektin söküntüsünə başlanılıb.

Bununla bağlı AzTV-də material yayımlanıb.

Bildirilib ki, bu gün səhər saatlarında başlanan söküntü işləri yekunlaşmaq üzrədir.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovu vəzifəsindən azad edib.