Ötən il dekabrın sonlarında Bakıda naməlum qadının iki yaşlı Məhəmməd adlı uşağı qaçırdığına dair məlumat vermişdik.
Hadisə Sabunçu rayonu ərazisində qeydə alınmışdı.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Sabunçu RPİ istintaq şöbəsində cinayət işi başlayıb:
“İntensiv əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”.