Bakıda oğlan şagirdi “qız” kimi təqdim edən müəllim CƏZALANDIRILDI – RƏSMİ

0
337

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtda yerləşən 116 nömrəli məktəbdə müəllimin uşağı təhqir etməsi ilə məsələyə münasibət bildirib.

Qurumdan bildirilib ki, paytaxtdakı 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıq ilə bağlı məktəbdən valideyn ilə əlaqə saxlanılıb və yaranmış məsələyə aydınlıq gətirilib.

Daha sonra məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəllimə töhmət verilib.

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideyn ilə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb.

Qeyd edək ki, ötən gün  jurnalist Röya Rəfili öz “Facebook” səhifəsində müəllimin oğlunu “qız” kimi təqdim etməsi barədə paylaşım edib