Bakıda nöqsanlara görə işdən çıxarılan direktorların sayı AÇIQLANDI

0
294

Bu il Bakı şəhərində fəaliyyət göstərən məktəblərin işdən çıxarılan direktorlarının sayı açıqlanıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildirilib ki, 2021-ci ildə paytaxtda fəaliyyət göstərən 29 məktəb direktorunun fəaliyyətinə görə tənbeh tədbiri görülüb. 

Eyni zamanda, yeddi məktəb direktoru işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. 

Qeyd edək ki, son zamanlar məktəblərdə pul yığımı və neqativ hallarla bağlı paylaşımlar edilir.