Bakıda nəqliyyat vasitələrinin cərimələnməsinə başlandı – RƏSMİ

0
477

“Xüsusi karantin rejimi dövründə 48295 nəqliyyat vasitəsi cərimələnib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, 1 maydan cərimə proseduruna başlanmasının səbəbi nəqliyyat vasitələrinin xaotik dayanmasının sıxlığa səbəb olmasıdır:

“Nəticədə, məcburi halda cərimələri bərpa etməliyik. Bunun konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Nəqliyyat sıxlığı olmayan yerlərdə cərimələrin tətbiqi yersizdir”.