Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb

0
302
A girl plays with a balloon in Moscow on September 2, 2017. / AFP PHOTO / Alexander NEMENOV

Bakıda üç uşaq itkin düşüb.

hadisə mayın 17-i paytaxtın Sabunçu rayonu Q.Vəzirov küçəsində qeydə alınıb.

14 yaşlı S.R., onun bacıları, 10 yaşlı Ş. və 7 yaşlı X. oynamaq məqsədilə evin qarşısına çıxaraq, bir daha geri qayıtmayıblar.

Bu barədə onların anası M.Salmanova Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər üçü tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı həmin bölmədə araşdırma aparılır.