Bakıda maskaya görə sürücünü döyən sərnişin həbs edildi – YENİLƏNİB + VİDEO

0
640

13 nömrəli marşrut avtobusunda ona maska taxmasını deyən sürücünü vuran sərnişinin cəzası bəlli olub.Sürücünü vuran Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib.

O, polis idarəsində saxlanılarkən bu hərəkətinə görə peşman olduğunu bildirib və üzr istəyib.

09:56

İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli  saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.