Bakıda geyim mağazasında qeydə alınan yanğın məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
O bildirib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə çağırış daxil olub:
“Nəsimi rayonu Nizami küçəsində yerləşən geyim mağazalarından birində yanğın baş verib.
Daxil olan çağırış əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Qısa zamanda yanğın məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.
15:32
Bakının mərkəzində yanğın başlayıb.
Yanğın paytaxtın Nizami küçəsi, “Tarqovaya” adlanan ərazidə yerləşən mağazalardan birində qeydə alınıb.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Həmin görüntüləri təqdim edirik: