Bakıda yerləşən “Qoç ət” restoranındakı yanğında üç nəfər tüstüdən zəhərlənib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə zamanı ümumi sahəsi 1200 kvadratmetr olan (hər mərtəbəsi 240 kvadratmetr) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.
Bina yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09:20
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yerləşən “Qoç ət” restoranındakı yanğınla bağlı məlumat yayıb.
FHN-dən bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.
Əlavə məlumat veriləcək.
09:02
Bakıda restoranda yanğın başlayıb.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.