Bakıda məktəbdən 7 min manatlıq büst oğurlayan dəstə ələ keçdi

0
289

Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7 000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Büstü oğurlanmaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev və əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov və R.Səmədov saxlanılıb.