Bakıda Mədəniyyət sarayından oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən mədəniyyət sarayından 28 000 manat dəyərində musiqi avadanlığı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini V. Yarıyev saxlanılıb.