Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

0
413

Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda bir ədəd dolab və televizor yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, yataqxana binası yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.