Bakıda koronavirusa yoluxmanın ən yüksək olduğu rayonlar açıqlandı – RƏSMİ

0
459

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma ilə bağlı statistika açıqlanıb.

Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, Yasamal rayonunda 14,5 faiz virusa yoluxma aşkar edilib:

“Nəsimi rayonunda 13 faiz, Sabunçu rayonunda 13,5 faiz, Binəqədi rayonunda 11,1 faiz, Xətai rayonunda 10 faiz, Qaradağ rayonunda 7,4 faiz, Suraxanı rayonunda 6,4 faiz, Nizami rayonunda 5,9, Nərimanov rayonunda isə 10,5 faiz yoluxma olub”.

O qeyd edib ki, Bakı şəhərinin digər rayonlarında koronavirusa yoluxma üç faizdən aşağıdır.