Bakıda koronavirusa ən çox yoluxma olan rayonlar – RƏSMİ

0
415

“Bakı şəhərində koronavirusa yoluxma 45 faizdən yüksəkdir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O qeyd edib ki, Bakıda ən çox koronavirusa yoluxma Yasamal və Sabunçu rayonlarındadır:

“Yasamalda bir neçə ocaq müəyyənləşmişdi, bir nəfər çoxlu sayda insanı yoluxdurmuşdu. Testlərin sayı artdıqca müəyyən olunur ki, yoluxma bir o qədər də artmayıb.

Karantin rejiminə riayət edilməsi nəticəsində müsbət nəticələr əldə olunub”.