
Pandemiya Bakıda kommersiya obyektlərinin qiymətinin ucuzlaşmasına səbəb olub.
Bunu əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib.
O bildirib ki, mart ayında kommersiya obyektlərinin qiyməti 2,51% ucuzlaşıb.
Kommersiya obyektlərinin orta qiyməti 2917 manat/kv.m təşkil edib.
Ekspert bildirib ki, pandemiya səbəbindən bir sıra ticarət obyektləri işləmədiyi üçün ticarət obyektlərinə tələbat da azalıb ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olub.