Paytaxtımızda gündən-günə ucalan çoxmərtəbəli, modern binalarla yanaşı, qəzalı vəziyyətdə olan tikililər də az deyil.
NZS qəsəbəsində yerləşən, təxminən bir əsrə qədər yaşı olan, uçub-tökülən bina barəsində heç bir aidiyyəti qurum müvafiq tədbir görmür.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın qəzalı olmasından məlumatları var və bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.