“Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi tarixdə ilk dəfə gənclər təşkilatına çevriləcək”.
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə təşkilatın Bakıda keçirilən Gənclər Sammitində deyib.
“Sammitin son günü Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada baş tutacaq. Sammit boyu müzakirə olunacaq məsələlərlə bağlı qərarlar Şuşada qəbul ediləcək. Ümid edirik ki, Sammitin uğurlu işi nəticəsində Şuşada Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsini Gənclər Təşkilatına çevirə biləcək və təşkilatı növbəti illərdə dünyada beynəlxalq çərçivədə ən aktiv təşkilata çevirə biləcəyik”, – o bildirib.