Paytaxtda sərt karantin rejimi ilə əlaqədar postlar yenidən qurulur.
Zərurət olan ərazilərdə postlar yenidən bərpa olunur.
Bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir.
Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları tərəfindən sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili hissələrdə nəzarət gücləndirilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv edib.