Bakıda insanları güllələyənin kimliyi bilindi – VİDEO

0
142

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində yaralananların təsadüfən oradan keçdiyi deyilir.

Bu barədə məlumat daxil olub.

İddia edilib ki, hadisədə yaralananlardan biri kuryerdir, digər ikisi isə o ərazidə təsadüfən olublar.

“Cinayəti törədən kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsdir”, – bildirilib.

Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

Hələ ki, hadisəni törədən şəxsin kimliyi barədə rəsmi məlumat yoxdur.