Bakıda iki yeniyetmə döyülərək xəstəxanalıq oldu

0
136

Bakıda iki yeniyetmə döyülərək xəstəxanalıq olub. 

Birinci hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb. 

Belə ki, 2011-ci il təvəllüdlü Quliyev Vahid Məmmədəli oğlu dava zamanı döyülüb. V.Quliyev xəstəxanaya çatdırılıb. 

Digər hadisə isə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.

2010-cu il təvəllüdlü Babayev Dəniz Vilayət oğlu dava zamanı döyülüb. O, xəstəxanaya çatdırılıb. Müayinə zamanı D.Babayevə bədənin müxtəlif sahələrinin əzikləri diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.