Bakıda iki nəfər maşında güllələndi – FOTO

0
416

“Niva” markalı avtomobildə daha bir nəfər – sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib.

Ona ümumilikdə üç güllə vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.