
Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Hadisə nəticəsində xəsarət alan 7 nəfər xəstəxanada müayinə olunandan sonra ambulator müalicəyə buraxılıblar.
Xatırladaq ki, hadisə bu gün paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.
49 və 106 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində 7 nəfər yaralanıb.