Bakıda hamilə qadın koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

0
400

Bakıda hamilə qadın koronavirusa yoluxub.

Bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, hamiləliyinin altıncı ayında olan qadının bətnindəki körpə götürülərək, küvəzə yerləşdirilib. Ananın vəziyyətinin ağır olduğu bildirilir.

Həkimlər körpənin həyatı uğrunda mübarizə aparırlar.