Bakıda dəhşət: Azyaşlı naməlum qurğudan açılan atəş nəticəsində öldü

0
233

Bakıda azyaşlı faciəli şəkildə ölüb.

Bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-də 2012-ci il təvəllüdlü Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazsindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.