
Bakıda 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verir.
Məlumata görə, buna səbəb Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməsidir.