Bakıda bu məntəqə 90 litrlik çənə 100 litr yanacaq vurur – Foto

0
491

Paytaxtdakı yanacaqdoldurma məntəqələrindən birində baş vermiş qeyri-adi vəziyyət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, insident Bakıda, Nizami rayonu K.Balakişiyev küçəsi-2404-də yerləşən “Lukoyl”un yanacaqdoldurma məntəqəsində (YDM 9) qeydə alınıb.

Paytaxt sakini T.Sadıqovun sözlərinə görə, yanacaqdoldurma məntəqəsində onun BMV X5 markalı avtomobilinə yanacaq çəninin tutumundan daha çox yanacaq doldurulub.

Belə ki, BMV çəni maksimum 92-93 litr həcminə sahib olsa da, məntəqədən təqdim olunan qəbzdə avtomobilin çəninə demək olar ki, 100 litr benzin doldurulduğu qeyd olunub.